Bakıda 10 yaşlı qız uşağı axtarılır – Onu siz də görə bilərsiniz – FOTO

    18

    Bu gün Bakının Yasamal rayonu ərazisində arzuolunmaz hadisə baş verib.

    Hurriyyet.org Sputnik Azərbayan-a istinadən bildirir ki, 10 yaşlı qız uşağı itib. Bu haqda azyaşlının anası özünün "Facebook" profilində məlumat paylaşıb. Ana Şəbnəm Əhmədova övladının itdiyini deyib. Sputnik Azərbaycan-a açıqlama verən azyaşlının anası qızı İnci Əhmədovanın itməsi ilə bağlı müəyyən detalları açıqlayıb. O yaşadıqları, yəni hadisənin baş verdiyi ərazi haqda məlumat verib: "Evimiz köhnə Yasamaldakı ATS-in arxasında yerləşir. Hadisə də elə bu ərazidə baş verib. Qızımın əynində qırmızı kofta, şəhrayı şortik olub".

    "Sadəcə olaraq qızıma demişdim ki, get hamama qabları yu. Bir az sonra digər qızım gəlib dedi ki, bacısı hamamda yoxdur. İlk dəfədir ki, belə bir hadisə baş verir", – deyə ana bildirib. O qızını arada döydüyünü, ona acıqlandığını vurğulayıb: "Sözə qulaq asmayanda danlayıram, vururam, qışqırıram, anayam da. 4 övlad anasıyam, indiyədək belə bir hadisə baş verməyib".

    Hadisənin bu gün 12:30 radələrində baş verdiyi bildirilir.

    Bakıda 10 yaşlı qız uşağı axtarılır - Onu siz də görə bilərsiniz - FOTOBakıda 10 yaşlı qız uşağı axtarılır - Onu siz də görə bilərsiniz - FOTO