Bakıda yük maşını yeniyetməni vuraraq öldürdü

117

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org apa-ya isitnadən məlumat verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, velosipedlə yolu keçmək istəyən, 2006-cı il təvəllüdlü Seyidov Elmir Elman oğlunu yük maşını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.