Bakıda yol qəzası sıxlığa səbəb olub

60

Bakıda Q. Qarayev prospekti Özbəkistan küçəsi ilə kəsişmədə (“Koroğlu” m/st istiqamətində) yol nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mayıs Ağayev bildirib.

Onun sözlərinə görə, hazırda hadisə baş verən yerədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

M. Ağayev qeyd edib ki, sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.

Musavat.com