Bakıdakı yanğın söndürüldü – VİDEO / YENİLƏNİB

36

Paytaxtın Sabunçu rayonunda fərdi evdə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğının qarşısı saat 13:01-də nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbi araşdırılır.

***

Bakıda fərdi yaşayış evində qəfil yanğın başlayıb.

Hurriyyet.org-un məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Bir mərtəbəli həyət evində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

İlkin məlumata görə, yanğın qısaqapanmadan baş verib./trend/