Bakıda yaşayış binasında yanğın olub VİDEO

42

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakının Yasamal rayonunda güclü yanğın başlayıb.

Musavat.com “Metbuat.az”a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsi 112-də yerləşən binada qeydə alınıb.

Hazırda hadisə yerində FHN əməkdaşları yanğını söndürməyə çalışırlar.