Bakıda yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu

45

Bakıda yanmış vəziyyətdə meyiti tapılan kişinin şəxsiyyəti müəyyən edilib.

Hurriyyet.org xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Bölməsi və 43-cü Polis Şöbəsinin keçirdiyi müvafiq tədbirləri nəticəsində Binəqədi rayon ərazisində üzərində yanıq xəsarətləri olan naməlum kişi meyiti Bərdə rayon sakini Akif Qasımovun olması müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, aprelin 27-də Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi və rayon prokurorluğuna Binəqədi rayon “DSK” yolu I mədən adlanan ərazidə üzərində yanıq xəsarətləri olan naməlum kişi meyiti aşkar edilməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə baxış keçirilib.

Meyitin yanında “Argo” markalı siqaretin kötüyü, qablaşdırılmış vəziyyətdə olan spirt və kibrit qablaşdırılaraq götürülüb.

İlkin araşdırmalarla həmin meyiti aşkar edilən şəxsin ətraf ərazilərdə butulka və dəmir yığmaqla məşğul olduğu müəyyən edilib.

Meyitin xarici müayinəsi zamanı yanmamış hissələrində hər hansı xəsarət izi aşkarlanmayıb./report/