Bakıda yanmış kişi meyiti tapıldı – FOTO/VİDEO – YENİLƏNİB

156

Bakının Binəqədi rayonunda yanmış kişi meyiti tapılması ilə bağlı yeni faktlar ortaya çıxıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, meyit Binəqədi rayonunda “DSK yolu” kimi tanınan ərazidə aşkar edilib. Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib. Hadisə yerində siqaret kötüyü, qablaşdırılmış halda olan spirt və kibrit aşkar edilib.

Meyitin müayinəsi zamanı onun yanmamış hissələrində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.

Araşdırma zamanı meyiti tapılan şəxsin ətraf ərazilərdən dəmir və butulka yığımı ilə məşğul olduğu məlum olub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Meyiti tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür.

***

Bakıda qətl hadisəsi baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, axşam saatlarında “DSK yolu” kimi tanınan ərazidə üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsi, Rayon Prokurorluğu və Bakış Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Əraziyə və meyitə baxış keçirilən zaman öldürülən şəxsin təxminən 50-55 yaşlarında kişi olduğu müəyyən edilib. Eyni zamanda meyitin yandırıldıqdan sonra yol kənarına atıldığı aşkar edilib.

Kriminal ekspertlərin apardığı araşdırma zamanı meyitin baş nahiyəsindən başqa bütün bədən üzvlərinin tamamilə yandığı məlum olub.

Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.