Bakıda “Vinçester”lə havaya atəş açan şəxs saxlanıldı

39

Bakının Səbail rayonu ərazisində odlu silahdan havaya atəş açmaqla xuliqanlıq törədilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, hadisə iyunun 3-də saat 1 radələrində baş verib.

Daxil olmuş məlumatla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyayt keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Salayev saxlanılıb.

Ondan müvafiq sənədləri olan “Vinçester” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.