Bakıda velosiped sürən uşağı avtomobil vuraraq öldürüb

153

Bakıda uşağı avtomobil vuraraq öldürüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsində olan velosipedçi, 2008-ci il təvəllüdlü Elmir Kərimzadəni vurub. Yaralı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. E. Kərimzadə aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.