Bakıda usta təmirə verilən avtomobili qaçırıb

4

Bakıda usta təmirə verilən avtomobili qaçırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Z.Əsgərov iyulun 10-da “Volkswagen” markalı avtomobilini rayon ərazisindəki avtomobillərin təmiri sexində ustaya verdiyini və sentyabrın 25-də usta tərəfindən qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini N.Əsədov sentyabrın 27-də rayon ərazisində avtomobillə birgə saxlanılıb.