Bakıda toqquşmamaq üçün sükanı çevirən sürücü qəza törətdi – FOTO/VİDEO

78

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

İlkin məlumata görə, “Hyundai” markalı avtomobilin sürücüsü aeroport yolu ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “Nissan” markalı maşın qəflətən onun qarşısında dayanıb.

“Hyundai”ın sürücüsü digər avtomobillə toqquşmamaq üçün sükanı sola doğru çevirib. Bunun nəticəsində maşın dəmir arakəsmələrə çırpılıb.

Zərbənin gücündən nəqliyyat vasitəsi yararsız hala düşüb.

Qəzada xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır./Baku TV/