Bakıda Şuşa şəhərciyindəki yanğın söndürüldü – FOTO/VİDEO – YENİLƏNİB

60

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ümumi sahəsi 40 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyüyün yanar konstruksiyaları və ümumi sahəsi 110 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***10:05

Bakıda daha bir güclü yanğın başlayıb.

Hurriyyet.org Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Ramana qəsəbəsindəki Şuşa şəhərciyində, məcburi köçkünlərin məskunlaşdığı binalardan birində baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb (FOTO/VİDEO) - Gallery Image