Bakıda silahlı quldur dəstə yaxalandı

75

Bakıda vətəndaşa qarşı quldurluq edən şəxslər yaxalanıb.

Hadisə paytaxtın Nizami rayonu, Babək prospektində baş verib.

Beş naməlum şəxs gecə saatlarında Bakı şəhər sakini Real İsgəndərovun qarşısını kəsərək, onun 650 manatını və mobil telefonunu əlindən alıb, hadisə yerindən qaçıblar.

Nizami rayon Post Patrul Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı quldurluqda şübhəli bilinən – Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Cahangir Nağıyev, Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Şahmar İsazadə, Şirvan rayon sakini, 1995-ci il təvəllüdlü Röyal Mirzəyev və Füzuli rayon sakini, 1995-ci il təvəllüdlü Rahil Həsənov saxlanılıblar.

R.Mirzəyevin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış keçirilərkən oradan bir ədəd bıçaq, bir ədəd balta, bir ədəd qundağı kəsilmiş ov tüfəngi və iki ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb./trend/