Bakıda quldur dəstə taksi sürücüsünə hücum etdi

48

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər yaxalanıb.

Hadisə paytaxtın Xəzər rayonu, Binəqədi qəsəbəsində baş verib. Bakı şəhər sakini Xəyyam Arıqovun idarə etdiyi “Xəzər” markalı avtomobilə 3 nəfər naməlum şəxs əyləşərək onu hədələyib. Həmin şəxslər onun 100 manatını alaraq hadisə yerindən qaçıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Suraxanı rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəri) maddəsilə həbs olunmuş 1992-ci il təvəllüdlü İsa Məmmədov, 1977-ci il təvəllüdlü Samir Mustafayev və 1992-ci il təvəllüdlü Namiq Abbasov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb./trend/