Bakıda qız qaçıran dəstə üzvlərinin məhkəməsi başladı

57

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Əsgər Mehdiyev, Elçin Quliyev və Zaur Aslanovun cinayət işi üzrə proses başlayıb.

“Report” xəbər verir ki, cinayət işinə hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiya baxır.

Qeyd edək ki, hadisə bu ilin mart ayında baş verib.

Binəqədi şosesində saat 12:40 radələrində üç gənc oğlan 34 yaşlı Gülnarə Məmmədovanı zorla “Mercedes” markalı avtomobilə mindiriblər.

Binəqədi rayonu 6-cı Polis Bölməsi və Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları qız qaçıran şəxsləri – Ağdam rayon sakinləri 37 yaşlı Zaur Aslanov, 28 yaşlı Əsgər Mehdiyev və 33 yaşlı Elçin Quliyevi saxlayıblar.

Onlar qızı Ağdam rayonuna aparmağı planlaşdırıblar, lakin Dövlət Yol Polisinin Nəvai postunda əməliyyatçılar tərəfindən tutulublar.

Hər üç şəxsə Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindənadam oğurluğu) maddəsi ilə ittiham verilib.