Bakıda qadın piyadanı avtomobil vurdu

54

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1971-ci il təvəllüdlü İbişova Mehriban Simran qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.