Bakıda qadın kişini bıçaqladı

66

Bakıda qadın kişini bıçaqlayıb.

Hurriyyet.org xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Binə qəsəbə sakini, 1991-ci il təvəllüdlü X. İsmayılov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub.

Xəzər rayon Cinayət Axtarış Şöbəsinin və 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İ. Mustafayeva saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb./apa/