Bakıda qəzaya düşən “Mercedes Vito” restorana girdi – FOTO

30

Bakıda iki maşın toqquşub.

Hurriyyet.org unikal.org-a istinadən xəbər  verir ki, paytaxtın Binəqədi rayon Mir Cəlal küçəsində “Mercedes Vito” yolda hərəkətdə olarkan  digər “mercedes” markalı avtomobilə çırpılıb. Zərbədən sonra “Mercedes Vito”nun sürücüsü hərəkəti tənzimləyə bilməyərək yolun kənarında yerləşən “Terrace Lounge” adlı restorana girib. Əraziyə yol patrul xidmətinin və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb olunub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bakıda qəzaya düşən "Mercedes Vito" restorana girdi -Video