Bakıda QƏZA: “BMW” əks yola çıxaraq iki avtomobilə çırpıldı – FOTO

51

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektindən üzü Koroğlu metrostansiyası istiqamətində qeydə alınıb. Sözügedən istiqamətdə hərəkətdə olan “BMW” markalı minik avtomobili idarəetməni itirərək qarşı yola çıxıb. Nəticədə o, əks istiqamətlə hərəkət edən iki avtomobilə ziyan vurub.

Qəza səbəbindən sözügedən yolda avtomobillər arasında sıxlıq yaranıb. Hadisə yerinə Dövlət Yol Patrul xidmətinin əməkdaşları cəlb olunublar.

Bakıda qəza - "BMW" əks yola çıxaraq iki avtomobilə çırpıldı (FOTO) - Gallery Image

Bakıda qəza - "BMW" əks yola çıxaraq iki avtomobilə çırpıldı (FOTO) - Gallery Image