Bakıda “Prado” işıq dirəyinə belə çırpıldı – ANBAAN VİDEO

48

Bakıda baş verən yol-nəqliyyat hadisəsi kameralara əks olunub. 

Hurriyyet.org avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Yüksək sürətlə hərəkət edən “Toyota Prado” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib.

Nəticədə avtomobil sürüşərək bir neçə dəfə fırlanaraq, parkın kənarındakı dəmir arakəsmələrə və işıq dirəyinə çırpılıb.