Bakıda polis əməliyyat keçirdi – Saxlanılanlar var

84

Bakı sakinlərindən külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə Hurriyyet.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində Bakı şəhər sakinləri – M.Xalıqovdan 1 kq 25 qram heroin, 500,171 qram metamfetamin və E.Nəbiyevdən 50,375 qram heroin, Maştağa qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə 3 kq 75 qram heroin, 5 kiloqram 10 qram marixuana və 1 kq 80 qram metamfetamin aşkar edilib götürülüb.