Bakıda ödəmə terminalından 3 438 manat pul oğurlandı

240

Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-nə keçən gecə rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 3 438 manat pul oğurlamaqda şübhəli bilinən Oğuz rayon sakini M.Lətifov saxlanılıb.

Araşdırma aparılır.