Bakıda motosiklet avtomobillə toqquşdu – FOTOLAR

93

Bakıda motosiklet “Mercedes -Benz Sprinter” markalı avtomobillə toqquşub.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan motosiklet qarşıdan gələn avtomobilə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü – 30-35 yaşlı kişi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.