Bakıda minik avtomobili marşrut avtobusu ilə toqquşdu – YARALILAR VAR

48

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsində, Albalılıq yolu adlanan ərazidə qeydə alınıb. “Mercedes” markalı avtomobil marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan, 1985-ci il təvəllüdlü Famil Məmmədov və onun iki azyaşlı övladı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.