Bakıda mağazadan oğurluq edildi

5

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Hurriyyet.org-un xəbərinə görə, hadisə iyulun 5-dən 6-na keçən gecə paytaxtın Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs O.Məmmədzadəyə məxsus mağazanın qapısını sındırmaqla 2 897 manat dəyərində mobil telefonlar oğurlayıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Emil Subanov tutulub.

Faktla bağlı araşdırmalar aparılır./report/