Bakıda kişi dəm qazından zəhərlənərək ölüb

276

Bakıda dəm qazından ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə dekabrın 9-u saat 12 radələrində paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il Quluyev Pərviz Müzəffər oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.