Bakıda iki qadın yol qəzasında xəsarət alıb

138

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Əliyeva Aidə İlqar qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Bakıda xəsarətlə nəticələnən daha bir yol qəzası baş verib. Hadisə Nizami rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Əliyeva Şahnaz Məhəmmədəli qızı xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Hər iki hdisə ilə bağlı araşdırma aparılır.