Bakıda iki nəfəri avtomobil vurub

183

Bakının Binəqədi və Xəzər rayonlarında yol qəzaları zamanı iki nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, Binəqədi rayonunda, Azadlıq prospektində baş vermiş hadisə zamanı, 1980-ci il təvəllüdlü Novruzov Ceyhun Ramiz oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Analoji hadisə Xəzər rayonunda da qeydə alınıb. Buzovna qəsəbəsi ərazisində yolu keçən 1982-ci il təvəllüdlü Qasımova Yetər Abdulla qızını minik avtomobili vurub.

Yaralılar 3 nömrəli şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.