Bakıda hündürmərtəbəli bina yanır

342

Bakı şəhərinin Nizami rayonunda 17 mərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Hurriyyet.org-a verilən məlumata görə, binanın ikinci mərtəbəsindən damına qədər şaxta boyunca elektrik kabelləri 48 p.m yanıb. Yanğın zamanı 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.