Bakıda həkimin 2 minlik velosipedi oğurlandı – FOTO

57

Bakıda tanınmış həkimin dəyəri 2000 manat olan velosipedi oğurlanıb.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, Yasamal rayon sakini Sahib Bilalzadəyə məxsus dəyəri 2000 manat olan velosiped naməlum şəxs tərəfindən oğurlanıb.
Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Mahir Həsənov və 1994-cü il təvəllüdlü Kənan Fərəcullazadə saxlanılıb.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının üz-çənə cərrahı Sahib Bilalzadə oğurlanan velosipedin ona məxsus olduğunu təsdiqləyib.