Bakıda həkim əməliyyat zamanı öldü

60

Bakıda həkim əməliyyat zamanı dünyasını dəyişib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki hadisə ötən gecə paytaxt xəstəxanalarının birində qeydə alınıb.

Belə ki, Ağstafa rayon poliklinikasının diş həkimi Mehdixan Xəkiyev ötən gün əməliyyat olunduğu xəstəxanada ölüb.

Məlumata görə, stomatoloq bir müddət imiş ki, qaraciyər çatışmazlığından əziyyət çəkirmiş.

Qeyd edək ki, M.Xəkiyev uzun müddətdir Ağstafa rayon poliklinikasında diş həkimi işləyirdi.