Bakıda gənc oğlan bıçaqlandı

252

Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Bayramov Elməddin Qardaş oğlu qarın boşluğundan bıçaq yarası alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.