Bakıda evdən 50 min manatlıq oğurluq edildi

90

Bakıda mənzildən 50 min manatlıq oğurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-dən iyunun 10-dək olan müddətdə rayon ərazisindəki mənzillərin birindən 50000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri D.Borisov və R.Vəliyev saxlanılıb.

Araşdırma aparılır.