Bakıda evdən 2 800 dollar oğurlandı

60

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan V.Seyidovun ətrafında Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 2 800 ABŞ dolları, 300 manat pul və velosiped oğurlaması da müəyyən edilib.