Bakıda ekspress taksi xidməti təşkil edilə bilər – RƏSMİ AÇIQLAMA

51

“Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxtdakı ekspress marşrut xətləri üzrə hərəkət edən avtobusların işləyib-işləməməsi məsələsinə baxılacaq.

Hurriyyet.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

“Ekspress avtobuslar günün pik saatlarında fəaliyyət göstərə bilər”, – o qeyd edib.

Bundan başqa, V.Kərimli deyib ki, Bakıda ekspress taksi xidmətinin də təşkil edilməsi istisna deyil. /report/