Bakıda doğuş zamanı körpə öldü

45

Bakıda doğuş zamanı körpə ölümü baş verib. 

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün Dövlət Dəmiryolu Xəstəxanasında qeydə alınıb.

Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Kamilə Əliyeva hamiləliyinin 35-36 həftəsində xəstəxanaya daxil olub və təcili qeysəriyyə əməliyyatına alınıb. Əməliyyatda onun bətnindən ölü döl götürülüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.