Bakıda dələduzluq: Pulu xırdalatmaq adı ilə götürüb qaçdı – VİDEO

153

Bakıda dələduzluq hadisəsi baş verib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Metronun “İçərişəhər” stansiyası yaxınlığında yerləşən geyim mağazalarının birinə gələn orta yaşlı şəxs satıcıdan pulu xırdalamağı xahiş edib. Lakin o, xırda pulu satıcıdan aldıqdan sonra, bütöv pulu yan mağazadan alıb gətirəcəyinə söz versə də qaçaraq yoxa çıxıb. Hadisə anbaan kameralara düşüb.

Ərazidə olan digər obyektlər bildirirlər ki, görüntülərdə olan şəxs eyni əməli bir müddət əvvəl aptek satıcısına qarşı törədib.

© xezerxeber.az