Bakıda da xidmət etmiş ABŞ hərbçisi Rusiya casusu olduğunu ETİRAF ETDİ

102

Rusiyanın xeyrinə casusluq etməkdə ittham olunan ABŞ hərbçisi Debbins Dzebinski Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini boynuna alıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “yaşıl beretlilər” kimi tanınan ABŞ xüsusi təyinatlı dəstəsində xidmət keçmiş Debbins 1996-cı ildən casusluq etdiyini boynuna alıb. Debbins xidmət etdiyi dəstə, hərbçilər barədə məxfi məlumatları Rusiya tərəfinə ötürüb.

“İttiham olunan şəxs xarici ölkənin xüsusi xidmət orqanı ilə əməkdaşlığını etiraf edib”-deyə prokuror köməkçisi Tomas Treksler açıqlama verib.

1996-cı ildə Çelyabinskdə rus qadınla evlənən Debbinsin qayınatası Rysiya ordusunun polkovniki olub.

Debbins Dzebinski 2004-2005-ci illərdə ABŞ-ın Azərbaycandakı səfirliyinin mühafizəsinə cəlb olunmuşdu.