Bakıda DƏHŞƏT: azyaşlı 5-ci mərtəbədən yıxıldı

51

Bakıda azyaşlı ehtiyatsızlıqdan 5-ci mərtəbədən yıxılıb.

Hadisə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib.

Həmin küçədəki binalardan birinin 5-ci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb. Kəllə beyin travması alan uşaq xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./trend/