Bakıda bir ailənin iki üzvü yol qəzasında xəsarət aldı

72

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1990-cı il təvəllüdlü Abbasova Sevda İmamverdi qızı və 1984-cü il təvəllüdlü Abbasova Gülnar Vaqif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.