Bakıda bıçaqlanan şəxs xəstəxanadan evə buraxıldıqdan sonra öldü

39

Bakıda kirayənişini tərəfindən ötən ay bıçaqlanmış şəxs ölüb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivində qeydə alınıb.

Məlumata görə, bu il mayın 2-də Sərdar Hacıyev ona məxsus evdə kirayədə yaşayan Vüqar Məmmədov arasında mübahisə baş verib.

Bu zaman kirayənişin ev sahibinə bıçaqla xəsarət yetirib. V.Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət başlanılıb və o, tutulub.

S.Hacıyev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və 20 gün sonra yəni, mayın 22-də xəstəxanadan evə buraxılıb. O, xəstəxanadan buraxıldıqdan 17 gün sonra sonra qəfildən ölüb.

Hazırda hüquq-mühafizə orqanları və tibbi ekspertiza işçiləri tərəfindən onun ölümünün dəqiq səbəbləri araşdırılır.