Bakıda beşmərtəbəli binada yanğın oldu, sakinlər təxliyə edildi

105

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının xarici divarında quraşdırılan bacada yağ qalıqları və elektrik kabeli 10 p.m yanıb.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın birinci mərtəbəsində olan dönərxana və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Musavat.com