Bakıda avtomobil tunelin divarına çırpıldı – Xəsarət alan var / FOTO

123

Bakının Nərimanov rayonunda sürücünün xəsarət almasına səbəb olan yol qəzası baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb.

“Nissan” markalı avtomobilin sürücüsü tuneldə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil tunelin istinad divarına çırpılıb.

Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb, sürücü isə xəsarət alıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
Bakıda avtomobil tunelin divarına çırpıldı -Xəsarət alan var - FOTO