Bakıda avtobus sürücüləri arasında koronavirusa yoluxan var? – Sədrdən CAVAB

105

“Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobus sürücüləri arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

Hurriyyet.org xəbər verir ki,  bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

“Bizim TƏBİB-lə birgə həyata keçirdiyimiz tədbirlərlə 800-dən çox sürücü yoxlanılıb. Hələlik sürücülərimiz arasında koronavirusa yoluxan yoxdur”,  – o bildirib.