Bakıda aptekdən iki paket uşaq qidası oğurlandı

48

Bakıda daxili işlər orqanlarının əməkdaşları tərəfindən son altı gündə uşaq qidalarının oğurlanması ilə bağlı ikinci hadisə qeydə alınıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Paytaxtın Yasamal rayonunda, Azərbaycan prospektində yerləşən, Nəzakət Qarayevaya məxsus aptekdən iki paket uşaq qidası oğurlanıb. Oğurluqda şübhəli bilinən şəxsin kimliyi hələlik müəyyən edilməyib.