Bakıda anbarda YANĞIN

39

Bakı şəhərinin Binəqədi rayonunda yanğın qeydə alınıb.

Hurriyyet.org  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 660 kv/m olan anbarın dam örtüyünün taxta atmaları 6 kv/m sahədə, içərisində boş kisələr 30 kv/m sahədə və elektrik kabeli 20 p.m yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.