Bakıda ağır yol qəzası olub, xəsarət alan var

258

Bakıda daha bir yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Dadaşov Eyvaz Vaqif oğlu bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ aşıq sümüyünün açıq sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.