Bakıda ağır yol qəzası – Ölən və yaralananlar var

51

Bakıda yol qəzası baş verib.

Hadisə Pirallahı rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü Oleq Qarkavıy idarə etdiyi “Hyundai Santafe” markalı avtomobillə 1994-cü il təvəllüdlü Əlirza Dilavərovun idarə etdiyi “Ford Transit” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində O.Qarkavıy ölüb. “Ford Transit” markalı avtomobilin sürücüsü Ə.Dilavərov və sərnişinləri – 2002-ci il təvəllüdlü Elvin Hacıyev, 2002-ci il təvəllüdlü Sahil Qaçayev və Aleksandr Bıkovskiy müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb. \\Yenicag.az