Bakıda 82 yaşlı qadın yol qəzasında xəsarət aldı

51

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1938-ci il təvəllüdlü Əsədova Sudabə Əsəd qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin çoxsaylı sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.