Bakıda 57 yaşlı kişi intihar etdi

39

Bakının Binəqədi rayonunda intihar hadisəsi qeydə alınıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 16-da Rəsulzadə qəsəbəsində 1963-cü il təvəllüdlü Fuad Əliyev evində özünü asıb. Onun cəsədi qohumları tərəfindən aşkarlanıb.

İlkin məlumatlara görə, kişi psixi pozğunluqdan əziyyət çəkib.

Hadisə ilə bağlı istintaq rayon prokurorluğu tərəfindən aparılır. İntiharın səbəbləri dəqiqləşdirilir.